AZ

Köhnə alt paltarı qadını xəstəxanalıq etdi

Köhnə alt paltarı 27 yaşlı Böyük Britaniya sakini Kaela Takerin təcili xəstəxanaya yerləşdirilməsinə səbəb olub.

E-saglam.az xəbər verir ki, onun hekayəsi Mirror tərəfindən dərc edilib.

2024-cü ilin mart ayında Taker hər zaman olduğu kimi köhnə alt paltarında yatdı, lakin səhər oyandığında vajinasında ağrı hiss etdi. Alt paltarını dəyişdi, amma yaranın tez sağalacağını düşündüyü üçün bu halı ciddi qəbul etmədi. Lakin sonrakı günlərdə ağrılar şiddətlənməyə başladı və artıq ayaq üstə durmaq, oturmaq və uzanmaq belə çətinləşdi.

Britaniyalı qadın təcili xəstəxanaya aparıldı. Ultrasəs müayinəsi nəticəsində onun cinsiyyət orqanında zədə və Bartolin vəzi kisti aşkarlandı. Müalicə olunaraq evə buraxılsa da, üç ay sonra vəziyyəti yenidən pisləşdi və o, ikinci dəfə xəstəxanaya müraciət etdi. Həkimlər kistin təkrar əmələ gəldiyini, üstəlik göbələk infeksiyası ilə müşayiət olunduğunu təsdiqlədilər.

“Artıq adi alt paltarı geyinmirəm. Kistdən sonra istifadə etdiyim yeganə alt paltarı menstruasiya üçün nəzərdə tutulandır, çünki yaşadıqlarımdan sonra tamponlar mənə təhlükəsiz görünmür” – deyə qadın bildirib.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
5
e-saglam.az

1Mənbələr