AZ

Zelenski: Təhlükəsizlik təminatları barədə razılıq əldə olundu

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırda Rusiya lideri Vladimir Putini dayandıra biləcək yeganə şəxs olması ilə bağlı iddialara münasibət bildirib.

Editor.az xəbər verir ki, UNIAN-ın məlumatına görə, Zelenski bu barədə NATO-nun baş katibi Mark Ryutte ilə birgə keçirdiyi mətbuat konfransında danışıb.

“Vaşinqtona, paytaxta tarixi əhəmiyyətli səfər etdiyimizi düşünürəm. Təhlükəsizlik təminatları barədə razılıq əldə etdik. Həmçinin Rusiya və onun rəhbərliyi ilə mümkün görüş formatlarını – ikitərəfli, üçtərəfli formatları müzakirə etdik. Müharibənin bitməsi məsələsi məhz liderlər səviyyəsində həll olunmalıdır”, – deyə Ukrayna Prezidenti vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
7
editor.az

1Mənbələr