Gürcüstanın Samtsxe-Cavaxetiya diyarında etnik ermənilərlə svanlar arasında insident yaşanıb.
Yenisabah.az xəbər verir ki, qarşıdurma vilayətin mərkəzi Axaltsixe şəhərində restoranların birində meydana gəlib.
Polis qısa müddət ərzində insidenti yatışdırıb. Hadisədə təqsirli bilinən 2 nəfər saxlanılıb. pizza hut
Samtsxe-Cavaxetiya diyarında yaşayan əhalinin təxminən 90 faizini etnik ermənilər təşkil edir. Gürcüstan hökuməti son illər etnik azərbaycanlılar və ermənilərin yaşadığı rayonlara quldurluqla ad çıxarmış svanları köçürməkdədir.
Telegram kanalımız