AZ

Vaşinqton Bəyannaməsi Azərbaycan-Ermənistan sülh prosesində tarixi dönüş nöqtəsidir- Millət vəkili

“Məlum olduğu kimi, Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh prosesi çərçivəsində tarixi sənədlər imzalanıb. ABŞ, Azərbaycan və Ermənistan liderlərinin sammiti mühüm geosiyasi hadisədir. Münasibətlərin normallaşmasına dair atılan bu addım birmənalı olaraq bütün regionu dəyişdirə biləcək qlobal hadisədir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazın iki dövləti arasında əldə olunan razılaşma Tramp administrasiyası üçün də mühüm nailiyyətdir:

“İndi Azərbaycan-Ermənistan sülh prosesində böyük məsafə qət edilib və tərəflər anlaşmaya daha da yaxınlaşıblar. Görünən odur ki, xüsusilə Əbu-Dabi görüşündən sonra ABŞ müsbət tendensiyanın davam etdirilməsində maraqlıdır. Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilən ikitərəfli görüş regionda sülh prosesinin inkişafı baxımından mühüm addım oldu. Vasitəçi olmadan, birbaşa formatda baş tutan bu görüşdən sonra müsbət proseslər davam etdi. Vaşinqtonda Azərbaycan və Ermənistan münasibətlərində əldə olunan tarixi nailiyyətlər Azərbaycan rəhbərinin səriştəli hesablamasının, güclü iradəsinin və diplomatik istedadının nəticəsidir”.

Millət vəkili əlavə edib ki, Vaşinqtonda imzalanan Birgə Bəyannamə sülh müqaviləsinə aparan yolda ən mühüm addımdır:

“Bu, Azərbaycanın və Prezident İlham Əliyevin növbəti qələbəsidir. İrəvan Bakının bütün şərtlərini qəbul edib. Ermənistan Minsk Qrupunun buraxılması ilə bağlı birgə müraciətə imza atdı. Həmçinin, Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən Müstəqillik Bəyannaməsinə istinadı Konstitusiyasından çıxarmağa razılıq verdi. İndi növbəti hadisələr bizə Ermənistanın Ağ Ev Bəyannaməsinə sadiq olub-olmayacağını göstərəcək. Düşünürəm ki, bu sənəd əvvəlkilər kimi sadəcə kağız üzərində qalmayacaq”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
1
editor.az

1Mənbələr