AZ

Rusiya ilə Azərbaycan bu mövzuda RAZILIĞA GƏLDİ

Moskva və Bakının birgə fəaliyyət üçün əsas istiqamətləri müəyyən ediblər.

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

Overçukun sözlərinə görə, hər iki ölkə üçün prioritet sahələr enerji sahəsində əməkdaşlıq və nəqliyyat əlaqələrinin inkişafıdır.

"Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı faydalıdır. Prioritetlərimiz sırasında regionda nəqliyyat bağlantılarının inkişafı, qarşılıqlı hesablaşmalarda müstəqil maliyyə arxitekturasının möhkəmləndirilməsi, energetika sahəsində əməkdaşlıq, sənaye kooperasiyasının inkişafı, o cümlədən gəmiqayırma və kənd təsərrüfatı sahəsində və Xəzərdə əməkdaşlıq var," – deyə Baş nazirin müavini bildirib.

O qeyd edib ki, tərəflər turistlərin Xəzəryanı ölkələrin limanlarına səyahət edə biləcəyi kruiz marşrutlarının açılmasına dəstək vermək barədə razılığa gəliblər. Bu təşəbbüs, həm turizmin inkişafına, həm də Xəzər regionunda qarşılıqlı əlaqələrin möhkəmlənməsinə xidmət edəcək.

Xatırladaq ki, bu gün Həştərxanda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının iclası keçirilir. Görüşdə hər iki ölkənin müxtəlif nazirlik və dövlət qurumlarının nümayəndələri, gömrük xidmətləri, bank sektorunun təmsilçiləri daxil olmaqla 40-dan çox rəsmi iştirak edir.

Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri - Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevdir.

Seçilən
6
1
modern.az

2Mənbələr