AZ

Deputatdan haqqında pensiya təklifi ilə bağlı yayılan məlumata sərt reaksiya

“Son vaxtlar bəzi sosial media platformalarında, xüsusilə də TikTok-da trol fəaliyyəti göstərən kimlərsə mənim adımdan əsassız və yalan dolu provokativ məlumatlar yayırlar. Növbəti belə şər və yalan məlumat isə bu günlərdə Tik-Tok platformasında yayımlanıb. Yayılan xəbərə görə guya mən Azərbaycandan getmiş ermənilərə 30 il pensiya verilməsini təklif etmişəm. Bu, tamamilə böhtan və absurd iddiadır”.

Hakimiyyet.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı  barəsində səsləndirilən ittihamlara cavab verərkən deyib.

Deputat daha sonra qeyd edib: “Mən, Məlahat İbrahim qızı, əslən Qərbi Azərbaycandanam. Ailəmin 1987–1991-ci illərdə erməni vandalları tərəfindən mülk və evləri qəsb edilmiş və Qərbi Azərbaycandan qovulmuş yüzminlərlə soydaşlarımızdan biriyəm. Belə bir acı tarixi yaşamış bir insanın bu cür fikir söyləməsi mümkün deyil.

Bu yalanları yayan şəxslərə bir daha xatırlatmaq istəyirəm ki, provokativ, böhtan xarakterli və troll yazılarından əl çəksinlər. Azərbaycan ictimaiyyəti, eləcə də mənim seçicilərim uzun illərdir mənim mövqeyimi tanıyır və bu cür yalanlara və saxta məlumatlara heç vaxt inanmayacaq”.

Mürtəza

Seçilən
19
13
hakimiyyet.az

10Mənbələr