AZ

Kəlbəcərdə qəza: Daşla dolu “KamAZ” dərəyə aşdı- VİDEO

Fransanın “Bugatti” şirkəti “Veyron” modellərində şin və disklərin müəyyən vaxtdan sonra dəyişdirilməsini tələb edir. Şinlər dəyişdirilərkən vəziyyətindən asılı olmadan disklər də dəyişdirilməlidir. 

Avtosfer.az xəbər verir ki,  bir müddət əvvəl amerikalı milyonerin avtomobili üçün zavod 40 min dollara 1 dəst orijinal şin və 120 min dollara 1 dəst disk təklif edib. 

Lakin amerikalı milyonçu bu təkliflə razılaşmayaraq Çinə üz tutub. Burada təkər və disklər birlikdə 5000 dollara alınıb. İş adamı beləliklə, 155 min dollara qənaət edib. Amma...

Çin təkərləri gündəlik aşağı sürətli istifadəyə yarasa da, 400 km/saat sürətə nəzərdə tutulmayıb. Bu təkərlər quraşdırıldıqdan sonra avtomobilin təkər təzyiqinə nəzarət sistemi də işləmir.

Vüqar Yaşaroğlu

Seçilən
79
avtosfer.az

1Mənbələr