AZ

Ağstafada vətəndaşların növbəti səyyar qəbulları Qıraq Kəsəmən və Aşağı Göycəli kənd yaşayış məntəqələrində baş tutub

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov yerlərdə vətəndaşların səyyar qəbullarını davam etdirir. Müvafiq qrafikə uyğun olaraq Qıraq Kəsəmən və Aşağı Göycəli kənd tam orta məktəb binalarında keçirilən növbəti səyyar qəbullarda RİH başçısı aparatının və aidiyyəti idarə, müəssisə və təşkilatların məsul şəxsləri, eləcə də kənd sakinləri iştirak ediblər.
RİH başçısı diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Respublikamızın hər yerində, o cümlədən Ağstafa rayonunun yaşayış məntəqələrində əhali ilə keçirilən bu cür görüşlərin, təşkil olunan səyyar qəbulların əsasında vətəndaş məmnunluğunun təmin olunması dayanır. Belə ki, başlıca məqsəd yerlərdə narahatlıq doğuran məsələləri əhali ilə ətraflı müzakirə edərək daha dərindən araşdırmaq, nəticədə həlli vacib məsələlərin və mövcud çatışmazlıqların operativ həllinə nail olmaqdan ibarətdir. Həmçinin hər kəs yaşadığı ünvanı tərk etmədən rahat qaydada mobil cihazları vasitəsi ilə “Rəqəmsal İcra Hakimiyyəti” (https://rih.gov.az) portalına daxil olmaqla istənilən məzmunlu müraciətlərini də aidiyyəti üzrə göndərə bilər.
Səyyar qəbullarda vətəndaşların irəli sürdükləri müxtəlif məzmunlu təklif və müraciətləri qəbul olunub, məsələlərin həlli tədbirləri müəyyən edilib. Aidiyyəti üzrə məsul şəxslərə nəzarət qaydasında müvafiq göstərişlər verilib.

Seçilən
25
1
veteninfo.az

2Mənbələr