AZ

Qarabağ mövsümdə ilk oyununa çıxır Heyətlər

ain.az, sport24.az saytına istinadən bildirir.

Misli Premyer Liqasının ikinci turuna Suraxanıda yekun vurulacaq. Sport24.az xəbər verir ki, çempionatın ilk həftəsində oyunu təxirə salınan "Qarabağ" 2025/26 "futbol ili"ndə ilk oyununa çıxır.

Avropa fatehi "doğma divarlar" arasında "Sumqayıt"ı qəbul edir. "Köhlən atlar" üçün bu çempionatın birinci oyunudusa, "kimyaçılar" ötən həftə doğma meydanda "Kəpəz"i böyük hesabla (3:0) məğlub etməklə yadda qaldı. Kağız üzərində matçın favoriti "Qarabağ" olsa da, Saşa İliçin baş məşqçisi olduğu kollektivdən sürpriz gözləməyə dəyər. Ağdamlıların cəmi 3 gün qabaq Çempionlar Liqasının pley-off mərhələsində oyun keçirdiyini, səfərdən döndüyünü nəzərə alsaq, "Sumqayıt"ın "Qarabağ"dan xal alması üçün bundan gözəl fürsət ola bilməz.

Qeyd edək ki, tura bazar ertəsi keçiriləcək "Qəbələ" - "Zirə" matçı ilə yekun vurulacaq.

Misli Premyer Liqası

I dövrə, II tur

19:30. "Qarabağ" - "Sumqayıt"

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy RəhimovVAR: Nicat İsmayıllıAVAR: Rahil RamazanovHakim-inspektor: Rəhim HəsənovAFFA nümayəndəsi: Elgiz Abbasov"Azersun Arena"

"Qarabağ": 1. Şahrudin Məhəmmədəliyev , 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 3. Sami Mmae, 18. Dani Bolt, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai

Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 97. Fabian Buntiç, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 20. Kadi Borqes, 2. Mateus Silva, 15. Leandro Andrade, 35. Pedro Bikalyo

Baş məşqçi: Qurban Qurbanov

"Sumqayıt": 1. Mehdi Cənnətov, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskez, 80. Keffel Resende, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid

Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 30. Kamran Quliyev, 6. Rauf Rüstəmli, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 64. Kənan Feyziyev, 75. Nadir Orucov, 66. Ruslan Əliyev, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 71. Masaki Murata

Baş məşqçi: Saşa İliç

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
15
sport24.az

3Mənbələr