Xəbər verdiyimiz kimi, ötən gün Kəlbəcərə ilk köç həyata keçirilib. Dövlət başçısı İlham Əliyev köç prosesində şəxsən iştirak edib və sakinlərlə görüşüb.
Mövzu ilə bağlı Real TV-yə açıqlama verən əslən kəlbəcərli, Nazirlər Kabinetinin sektor müdiri Qurban Sadıqov tarixi anın şahidi olmaqdan böyük qürur duyduğunu bildirib.
O əlavə edib ki, artıq Kəlbəcərdə genişmiqyaslı abadlıq və quruculuq işləri aparılır:
“İnamıram ki, cənab Prezident Kəlbəcəri dünyanın cənnətinə çevirəcəkdir. O artıq əməli işlərlə bunu sübuta yetirir və biz də bunun şahidiyik” – deyə Qurban Sadıqov bildirib.
Daha ətraflı videoda: