Naxçıvan fermerlərinin dövlət dəstəyindən tam və şəffaf şəkildə faydalanması üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) keçid prosesinə start verilib.Bu məqsədlə EKTİS-ə İnteqrasiya üçün avadanlıqların satınalınması ilə bağlı açıq tender elan edib.
Muxtar Respublikanın Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, 2026-cı il birinci rübündə EKTİS tamamilə qurulub fermerlərin istifadəsinə veriləcək:
“Noyabradəkmaliyyə məsələlərinin həll olunması, ilin sonunadək isə EKTİS üçün lazım olan bütün təminat və avadanlıqların alınması nəzərdə tutulub. EKTİS bizə hər bir Naxçıvan fermerini dövlət dəstəyi ilə tam şəffaf şəkildə, ehtiyaclarına uyğun olaraq təmin etmək imkanı verəcək,” – deyə Nazirlikdən bildirilib.
EKTİS aqrar sektorun dövlət tərəfindən dəstəklənməsində, subsidiya mexanizminin idarə olunmasında şəffaflığı və hesabatlılığı təmin etmək üçün formalaşdırılan sistemdir. EKTİS-lə bərabər hazırda nazirlik fermer çağrı mərkəzinin qurulması üzrə də avadanlıqların da satınalınmasına başlayıb.