"Vilyarreal" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda "Çelsi"dən Renato Veyqanı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Vilyarreal" portuqaliyalı futbolçu üçün "zadəganlar"a 24,5 milyon avro ödəyəcək. 22 yaşlı müdafiəçi ilə yeddi illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Çelsi" Renato Veyqanı 2024-cü ildə "Bazel"dən transfer etmişdi.
Duqlas Luiz yenidən Premyer Liqada
"Mançester Siti"də yeni müqavilə - RƏSMİ
"Şaxtyor"un hücumçusu "Milan"ın hədəfində
Kuluşevski üçün 2025-ci il başa çatıb
Pedro Nuno Rumıniya klubunda