AZ

“Qarabağ”dan ayrılan futbolçunun yeni klubu BƏLLİ OLDU

"Qarabağ"dan ayrılan Marko Veşoviçin yeni klubu müəyyənləşib.

Bizim.Media xəbər verir ki, monteneqrolu sağ cinah müdafiəçisi karyerasını Xorvatiyada davam etdirəcək.

Veşoviç "Lokomotiv"lə anlaşıb. Bu barədə Zaqreb təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 33 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Marko Veşoviç 2021-ci ildən "Qarabağ"da çıxış edirdi. O, ötən mövsümün sonunda Azərbaycan çempionundan ayrılıb.

Rəşad rafiqoğlu, Bizim.Media

Seçilən
28
1
bizim.media

10Mənbələr