AZ

Sergey Markov Rusiyada xarici agent elan edildi

  Rusiya Ədliyyə Nazirliyi politoloq Sergey Markovu xarici agentlər siyahısına daxil edib.

Referans xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Markov “Rusiya hakimiyyəti haqqında yalan məlumatların yayılmasında, arzuolunmaz təşkilatların kontentinin tirajlanmasında, həmçinin xarici KİV-lərin və xarici agentlərin platformalarında respondent qismində iştirak etməkdə” ittiham olunub.

Bundan əlavə, nazirlik daha üç nəfəri və iki təşkilatı xarici agentlər siyahısına əlavə edib.

Belə ki, Dmitri Nyuberq, Andrey Kordoçkin və Radjana Duqarova, həmçinin “Tamizdatproject.org” və “Alif TV” layihələri də "qara siyahı"ya salınıb. //publika

Seçilən
32
1
referans.az

10Mənbələr