Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev ölkənin daxili işlər naziri Geka Galadze ilə ölkələr arasında strateji tərəfdaşlığı müzakirə edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, söhbət zamanı Cənubi Qafqaz regionunda cari hadisələr və təhlükəsizlik məsələləri müzakirə olunub. Regionun davamlı inkişafı üçün sülh və əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Eyni zamanda, Gürcüstan və Azərbaycanın hüquq-mühafizə orqanları arasında sıx və səmərəli əməkdaşlıq müzakirə edilib.
G.Galadze tərəfdaşlığın daha da dərinləşməsinə ümid etdiyini bildirib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.