AZ

Nizami rayonundakı yolda təmir tam yekunlaşmasa da istismara verilib VƏTƏNDAŞ ŞİKAYƏTİ VİDEO

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakının Nizami rayonunda aparılan yol təmir işləri iyunun 27-də yekunlaşdırılıb.

Avtosfer.az xəbər verir ki, iyunda 1 həftə ərzində yoldakı təmir işlərindən sonra yaranan vəziyyət ərazidə hərəkəti çətinləşdirir. Sakinlərin sözlərinə görə, təmir bitdikdən sonra yolda təhlükəsizlik üçün zəruri olan işlər görülməyib.

Belə ki, Elşən Süleymanov küçəsində nə xətləmə işləri aparılıb, nə də yol nişanları tam şəkildə quraşdırılıb. Piyadalar üçün nəzərdə tutulan keçidlərdə “zebra” çəkilməyib. Yol istismara verilsə də, hazırda sürücülər və piyadalar üçün vacib təhlükəsizlik elementlərinin olmaması narazılıq doğurur.

Sakinlər bildirirlər ki, ərazidə salınan səkilərlə bağlı da hər hansı bir tədbir görülməyib. Dar səkilərdə yerləşdirilən işıq dirəkləri gediş-gəlişə maneə yaradır və xüsusi ilə də uşaqlı valideyinlər üçün ciddi təhlükədir. Belə olduğu halda onlar məcbur qalır ki, avtomobil yoluna çıxsınlar. 

Ərazidə yaşayan sakinlər aidiyyəti qurumlardan problemin qısa zamanda həll edilməsini tələb edirlər.

Fidan

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
avtosfer.az

1Mənbələr