Axsham.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Tobey Maquayrın "Hörümçək adam 2" və "Hörümçək adam 3" filmində geyindiyi kostyumu sentyabrın 4-də hərraca çıxarılacaq.
Axşam.az xəbər verir ki, kostyum streç spandeksdən tikilmiş, çəkmələri olan bir parça qırmızı və mavi kombinezondur. Daxili astarda Hörümçək Adam 3-ün istehsalında istifadə edildiyini göstərən "3.S" işarəsi olan əlavələr var.
Geyimi "Oskar" mükafatlı kostyum dizayneri Ceyms Açeson hazırlayıb.
Ekspertlər kostyumun qiymətini 100-200 min dollar arasında qiymətləndirirlər. Lotun başlanğıc qiyməti 50 min dollar təşkil edəcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.