Avropadakı NATO-ya üzv ölkələr son bir ayda ABŞ -dan 1,5 milyard dollar dəyərində silah alıb və onları Ukraynaya çatdırıb. Onlar bunu davam etdirirlər.
Bu barədə NATO-nun baş katibi Mark Rutte Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib.
"Bizim dəstəyimiz sarsılmazdır və artmaqda davam edir. O cümlədən yeni Ukrayna Prioritet Ehtiyaclar Siyahısı (PURL), o cümlədən NATO müttəfiqləri tərəfindən təmin edilən maliyyə vasitəsilə Ukraynaya öldürücü Amerika silahlarının kritik axınını dəstəkləyir", - o, NATO-nun rəsmi saytında bildirib .
Həmçinin Ruttenin sözlərinə görə, Ukraynada münaqişə başa çatdıqdan sonra alyans Ukrayna Silahlı Qüvvələrinin sayını artırmaq və Kiyevi yeni hərbi istehsal müəssisələri ilə təmin etmək niyyətindədir.