AZ

“Qarabağ”ın sabiq futbolçusu Xorvatiyada

Monteneqro millisinin üzvü Marko Veşoviç karyerasını Xorvatiyada davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli müdafiəçi “Qarabağ”la yollarını ayırdıqdan sonra Zaqrebin “Lokomotiva” klubu ilə anlaşıb. Xorvatiya təmsilçisi bu barədə rəsmi saytında məlumat yayıb.

34 yaşlı futbolçu ilə imzalanan müqavilənin müddəti və digər şərtləri açıqlanmayıb.

Qeyd edək ki, Veşoviç 2021-ci ildən etibarən “Qarabağ”ın heyətində çıxış edir və komandanın bir sıra uğurlarında pay sahibi olub.

Seçilən
6
90deqiqe.az

1Mənbələr