AZ

Yermak və Rubio Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə ediblər

ABŞ dövlət katibi Marko Rubio və Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə ediblər.

"Report" Ukrayna "Publika"ya istinadən xəbər verir ki, bu barədə Yermakın müşaviri Aleksandr Bevz məlumat verib.

Onun sözlərinə görə, tərəflər zəmanət modelini gələn həftənin sonuna qədər başa çatdırmağı planlaşdırır. Təfərrüatlar iki alt qrup üzrə hazırlanır: siyasi-hüquqi və sırf hərbi.

Bevz qeyd edib ki, hərbi zəmanətlər silah tədarükü, Ukrayna Silahlı Qüvvələrinə maliyyə dəstəyi, kəşfiyyat məlumatlarının mübadiləsi, təlimlər və təlim missiyalarının təmin edilməsindən ibarətdir.

O əlavə edib ki, danışığı aparanlar NATO-nun kollektiv müdafiə ilə bağlı 5-ci maddəsinin uyğunlaşdırılmış variantı üzərində də işləyirlər.

Seçilən
2
report.az

1Mənbələr