AZ

Naxçıvanda “XTQ veteranları, şəhid ailələri ilə işin gücləndirilməsi” Forumu keçirildi

Naxçıvanda “XTQ veteranları, şəhid ailələri ilə işin gücləndirilməsi” Forumu keçirildi
      Azərbaycan Respublikası
 Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Xüsusi Təyinatlı Qüvvələr (XTQ) veteranları, şəhid ailələri ilə işin gücləndirilməsi” adlı layihə çərçivəsində mühüm ictimai tədbirə start verilib.
     Bu münasibətlə "Naxçıvan Saray”da təşkil olunan tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatları Vüqar Rəhimzadə, Elçin Mirzəbəyli, Naxçıvan MR Ali Məclisinin deputatları Üzeyir Məmmədov, Təbriz Zeynalov, Türkiyə Respublikasının Azərbaycanın Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kaya, Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin kollektivi və digər dövlət nümayəndələri eləcə də şəhid ailələri, qazilər iştirak edib.
     Forum Azərbaycan və Türkiyə dövlət himnlərinin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Ardınca tədbir çərçivəsində dövlət rəsmiləri, qazi və şəhid ailələrinin nümayəndələri çıxış edərək iki qardaş xalqın birliyinin, həmrəyliyinin və fədakarlığının əhəmiyyətini vurğuladılar.
      XTQ Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə çıxışında bildirdi ki, “Bu forum dövlətimizin dəstəyi ilə bizim birliyimizin səsini dünyaya çatdırmaq, şəhidlərimizin müqəddəs xatirəsini yaşatmaq və qazilərimizin yanımızda olduğunu göstərmək baxımından mühüm əhəmiyyət daşıyır. Biz inanırıq ki, bu kimi tədbirlər gələcəkdə daha güclü həmrəylik və sosial dəstək mexanizmlərinin qurulmasına yol açacaq.”
      Tədbir çərçivəsində plaketlərin təqdimatı, xatirə fotosu, mədəniyyət proqramı və nahar mərasimi təşkil olundu. Forum iştirakçılar arasında dostluq, həmrəylik və qarşılıqlı dəstək münasibətlərinin daha da gücləndirilməsi ilə yadda qaldı.
        Qeyd edək ki, layihənin məqsədi Azərbaycan və Türkiyə Cümhuriyyəti arasında mədəni və sosial əlaqələrin möhkəmləndirilməsi, eləcə də xüsusi təyinatlı qazilər və şəhid ailələri arasında əməkdaşlıq və şəbəkələşmənin gücləndirilməsidir.
     Qeyd edək ki, 23 avqust tarixində Azərbaycan və Türkiyədən olan şəhid və qazi ailələri üçün Naxçıvan şəhərinin mədəni abidələrinə infotur təşkil olunacaq.
          Bəxtiyar Əliyev
Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi



Seçilən
19
herbiand.az

1Mənbələr