Ajans.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti tərəfindən məlumat yayılıb.  Bildirilib ki, ümumi sahəsi 50 m² olan qazanxananın dam örtüyünün yanar konstruksiyaları və bitişik sahəsi 260 m² olan üçmərtəbəli evin dam örtüyünün taxta atmaları 2 m² sahədə yanıb. Qazanxananın və evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Daha bir yanğın hadisəsi Salyan rayonunun Arbatan kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 65 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 50 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.