AZ

Ağdərədə dağlıq ərazidəki yanğın söndürülüb - VİDEO

Ağdərə rayonu, Oratağ kəndi istiqamətində mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd edilib ki, yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Aviasiya dəstəsinin qüvvələri iştirak edib.

 

Seçilən
30
32
moderator.az

10Mənbələr