Polşa hakimiyyəti Belarusiyalı reper Maks Korjun Varşavadakı konsertində baş verən iğtişaşlardan sonra saxlanılan ukraynalıların ölkədən çıxarılmasına başlayıb.
Editor.az xəbər verir ki, bu barədə Gazeta Wyborcza məlumat yayıb.
Məlumata görə, deportasiya olunanlar arasında 18 yaşlı Angelina da var. O, 2022-ci ilin fevralında Polşaya gedərək Varşavanın yaxınlığındakı kiçik bir şəhərdə nənəsi ilə birgə yaşayıb. Qız peşə məktəbində təhsil alır və onlayn mağazada çalışırdı.
Angelina iğtişaşlarda iştirakda ittiham olunan 57 ukraynalı arasında yer alıb və indi Polşadan çıxarılır.
//Samir Qurbanov, Editor.az