AZ

Ali təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi 2025/2026-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini elan edib.

Mia.az xəbər verir ki, abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər 28 avqust – 8 sentyabr (saat 18:00-dək) tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Abituriyentlər qeydiyyat prosesi ilə bağlı məsələləri portal vasitəsilə dəqiqləşdirə bilərlər.

Ali təhsil müəssisələrinə qəbul olunanların siyahısı “Abituriyent” jurnalının 6-cı sayında dərc olunacaq. Abituriyentlər jurnalı avqustun 24-də əldə edə biləcəklər. Bu nömrədə eyni zamanda həm təhsili ödənişli əsaslarla aparılan ixtisaslar üzrə, həm də dövlət sifarişi əsasında aparılan yerlər üzrə müsabiqə nəticəsində alınmış uyğun keçid balları dərc olunacaq. Məlum olduğu kimi, keçid balı müəyyən ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olur. İxtisas seçimindən öncə müsabiqə vəziyyəti təhlil olunarkən xüsusilə IV ixtisas qrupunda tibb ixtisasını seçmək istəyən abituriyentlərə öz istəkləri ilə yanaşı, müsabiqə vəziyyətinin reallıqlarının nəzərə alınması tövsiyə olunmuşdur. Lakin bəzən abituriyentlər yenə də məhdud sayda ixtisas seçirlər. Məsələn bu qrupda 10 abituriyent 600-dən yuxarı bal toplasa da, ərizələrində məhdud sayda ixtisas kodu göstəriblər və nəticədə müsabiqədən keçməyiblər. Həmin yerlərə daha yüksək bal toplayan abituriyentlər qəbul olunublar və keçid balı yüksək olub. Verilmiş cədvəldə IV ixtisas qrupu üzrə ixtisaslar və minimal keçid balları, qəbul olunanların sayı, eləcə də plan yerləri ilə tanış ola bilərsiniz.

Seçilən
8
10
mia.az

10Mənbələr