AZ

Trampdan Şok Açıqlama: “Ukrayna və Rusiya danışmasa, günahkarı müəyyən edəcəyəm”

ABŞ prezidenti Donald Tramp bildirib ki, yaxın iki həftə ərzində Ukrayna və Rusiyanın mövqelərini öyrənəcək və bundan sonra Vaşinqtonun atacağı addımlara qərar verəcək.

“Sonra qərar qəbul edəcəyəm ki, nə edəcəyik. Bu ya kütləvi sanksiyalar, ya böyük tariflər, ya da hər ikisi ola bilər. Həmçinin, heç nə etməyib deyə bilərik ki, ‘bu, sizin müharibənizdir’”, – deyə Tramp Ağ Evdə FIFA prezidenti Canni İnfantino ilə görüşdə vurğulayıb.

Tramp bir daha bəyan edib ki, əgər o dövlət başçısı olsaydı, Ukraynada genişmiqyaslı müharibənin başlanmasına imkan verməzdi. O, əlavə edib ki, əgər tərəflər danışıqlara başlamasa, o zaman “günahın kimdə olduğunu müəyyənləşdirmək lazım gələcək”.

//Samir Qurbanov, Editor.az

Seçilən
1
editor.az

1Mənbələr