Editor.az xəbər verir ki, Almaniyanın Bild qəzeti yazır ki, “Şimal axını” qaz kəmərlərinə qarşı diversiyada iştirak etmiş şəxslərin bəziləri İtaliyada saxlanılan Ukrayna vətəndaşı Sergey Kuznetsovun yaxın ətrafına aid ola bilər.
Məlumata görə, hüquq-mühafizə orqanları hazırda diversiyanın digər mümkün iştirakçılarının müəyyən edilməsi və saxlanılması istiqamətində əməliyyat keçirir.
“Ehtimal olunur ki, qaz kəmərini partladan qrupun üzvlərindən bəziləri İtaliyada saxlanılan ukraynalının yaxın çevrəsinə daxildir”, – deyə nəşrdə bildirilir.
//Samir Qurbanov, Editor.az