AZ

“M2” avtomobil yolunda ağır yol qəzası; 4 ölü, 4 yaralı FOTO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası olub. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 22-də Rusiyanın Oryol vilayətində baş verib.

Məlumata görə, M2 “Krım” avtomobil yolunun 402-ci kilometrliyində “Lada Vesta” markalı minik və “Qazel” markalı yük avtomobillər toqquşub. Zərbənin təsirindən minik avtomobili yol kənarına düşüb.

Qəza nəticəsində 4 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

Hadisənin həm yolun yaş olması, həm də avtomobillərdən birinin əks zolağa çıxması səbəbindən baş verdiyi bildirilir.

Hazırda faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Namiq Musayev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
avtosfer.az

2Mənbələr