AZ

Sentyabrda Ay, Venera və Günəş tutulmaları baş verəcək

Sentyabr ayında üç mühüm astronomik hadisə gözlənilir. Moskva Planetariumunun məlumatına görə, 7 sentyabrda Ayın tam tutulması baş verəcək (Bakı vaxtı ilə 21:30-dan 22:52-dək).

Milli.Az xəbər verir ki, 19 sentyabrda Veneranın tutulması müşahidə olunacaq. Planet saat 16:18-də Ayın arxasında gizlənəcək və 17:13-də yenidən görünəcək.

21-22 sentyabrda isə Günəşin qismən tutulması baş verəcək. Hadisə 21:30-da başlayacaq və 01:54-də tamamlanacaq.

Bu nadir səma hadisələri astronomiya həvəskarları üçün maraqlı görüntülər vəd edir.

Asya
Milli.Az

Seçilən
30
4
milli.az

5Mənbələr