AZ

Türkiyə XİN rəhbəri Qəzza üzrə fövqəladə OİC iclasına sədrlik edəcək

Türkiyə Xarici İşlər Naziri Hakan Fidan 25 avqustda Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (OİC) Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasına sədrlik edəcək.

Editor.az xəbər verir ki, İclas Türkiyənin OİC Xarici İşlər Nazirləri Şurasına sədrliyi çərçivəsində keçirilir. 21-ci fövqəladə iclas Ankara təşəbbüsü ilə çağırılıb və İsrailin Qəzzada hərbi əməliyyatları genişləndirmə planlarına cavab olaraq təşkil edilir.

//Samir Qurbanov, Editor.az

Seçilən
2
editor.az

1Mənbələr