AZ

Nunu Eşpiritu ilə Nottingem Forest in rəhbərliyi arasında gərginlik

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Nunu Eşpiritu Santu bazar gününə kimi "Nottingem Forest"in baş məşqçisi vəzifəsindən uzaqlaşdırıla bilər.

İdman.biz xəbər verir ki, portuqaliyalı mütəxəssis klubun prezidenti münasibətlərinin yaxşı olmadığını deyib.

51 yaşlı mütəxəssisin "Nottingem Forest"in sahibi Evangelos Marinakislə arasında narazılıq yaranıb. İngiltərə mətbuatı klub prezidentinin Nunu Eşpirituya əvvəlki kimi etimad göstərmədiyini yazıb. Hətta onun bazar günü "Kristal Pelas"la oyuna kimi vəzifəsindən uzaqlaşdırılma ehtimalı meydana çıxıb.

Qeyd edək ki, "Nottingem Forest" Avropa Liqasında yarışacaq. KLub rəhbərliyi baş məşqçinin mətbuatda verdiyi açıqlamalardan narazı qaldığı üçün vəziyyət gərginləşib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
98
1
icma.az

2Mənbələr