AZ

Boş qalan plan yerlərinə ixtisas seçimi bu tarixlərdə aparılacaq

“Abituriyent” jurnalının 7-ci sayında qəbul olmayanların nəticələri və boş qalan yerlər açıqlanacaq. 

Dövlət İmtahan Mərkəzindən (DİM)  AzEdu.az-a bildirilib ki, növbəti həftə ərzində dərc olunacaq “Abituriyent” jurnalının 7-ci sayında ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlərin imtahan ballarının paylanması haqqında geniş məlumat təqdim ediləcək.

Jurnalda həmçinin ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı dərc olunacaq.

Qeyd olunub ki, həmin yerlərə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq.

Seçilən
15
29
azedu.az

10Mənbələr