Dövlət İmtahan Mərkəzi ali məktəblərə qəbulun nəticələrini açıqlayıb.
“İki sahil” xəbər verir ki, DİM-dən verilən məlumata görə, ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı növbəti həftə ərzində dərc olunacaq “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq.
Həmin yerlərə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.