Növbəti həftə ərzində dərc olunacaq “Abituriyent” jurnalının 7-ci sayında müsabiqədə iştirak edən, lakin ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlərin imtahan ballarının paylanması haqqında geniş məlumat təqdim olunacaq.
Moderator.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, jurnalda ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı da veriləcəkdir.
Vurğulanıb ki, həmin yerlərə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq.
Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları növbəti həftənin əvvəllərində “Abituriyent” jurnalının 5-ci sayında dərc olunacaq.