AZ

Putin nüvə mərkəzinin yerləşdiyi şəhərdə

  Rusiya prezidenti Vladimir Putin Nijni Novqorod vilayətinin Sarov şəhərinə gəlib.

Referans xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Burada Rusiyanın Federal Nüvə Mərkəzi olan Ümumrusiya Tədqiqat Eksperimental Fizika İnstitutu yerləşir. Rusiya lideri nüvə sənayesi müəssisələrinin mütəxəssisləri ilə söhbət edəcək, həmçinin elm və təhsilə həsr olunmuş sərgiyə baş çəkəcək.

Bundan əlavə, Putin ilk sovet atom bombasının baş konstruktoru Yuli Xaritonun abidəsi önünə gül qoyma mərasimində iştirak edəcək.  

Seçilən
3
1
referans.az

2Mənbələr