Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkmənbaşı şəhərində “Axaltəkə” atlarına və milli “Galkynysh” atlı qrupunun çıxışına baxıblar.
Referans xəbər verir ki, sonda Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və türkmən xalqının adından dövlət başçısı İlham Əliyevə “Taus” ləqəbli “Axaltəkə” atını hədiyyə edib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev təxminən 1 ay əvvəl Türkmənistan Xalq Məsləhətinin sədrinə Cıdır düzündə at hədiyyə etmişdi. Qurbanqulu Berdiməhəmmədov isə bu gün öz növbəsində Prezident İlham Əliyevə at hədiyyə edib.
Qeyd edək ki, Türk dövlətləri liderləri tez-tez bir-birilərinə at hədiyyə edirlər.
At türklərin həyatında sadiq dost kimi qəbul edildiyi üçün onu hədiyyə etmək qarşı tərəfə ən böyük etimad və hörməti göstərir. Eyni zamanda bu hədiyyə ortaq köklərə işarə edir.