AZ

Yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub, bir polis əməkdaşı öldürülüb

Almaniyanın Saarland əyalətinin Völklingen şəhərində yanacaqdoldurma məntəqəsinə silahlı basqın nəticəsində bir polis əməkdaşı həlak olub.

Avtosfer.az “Bild” qəzetinə istinadla xəbər verir ki, hadisə yanacaqdoldurma məntəqəsini qarət edərək pul və bir sıra əşyalar ələ keçirən maskalı şəxsin saxlanılması zamanı baş verib. İki polis əməkdaşı şübhəli şəxsi təqib edərək onu saxlamağa çalışarkən qarşıdurma yaşanıb. Qarşıdurma zamanı şübhəli şəxs polis nəfərlərindən birinin xidməti silahını ələ keçirərək dəfələrlə atəş açıb. Atəş nəticəsində bir polis əməkdaşı ağır yaralanıb və xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Şübhəli şəxs də atışma zamanı yaralanaraq hadisə yerində saxlanılıb. Hazırda o, nəzarət altındadır. Hadisə ilə bağlı istintaq davam edir.

Hazırda ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. Hadisə ilə bağlı yüzlərlə hüquq-mühafizə əməkdaşı əraziyə cəlb olunub. Rəsmilər əhalinin təhlükədə olmadığını bildiriblər.

Hadisə Almaniyada hüquq-mühafizə orqanlarına qarşı baş verən ən son və ciddi silahlı insidentlərdən biri kimi qiymətləndirilir.

Seçilən
0
2
avtosfer.az

3Mənbələr