AZ

Putin: “Atom sənayesi Rusiyanın gücünün və gələcəyinin əsasıdır”

Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

 Rusiya Prezidenti Vladimir Putin Sarovda ölkənin atom sənayesinin 80 illiyi münasibətilə tədbirdə iştirak edib və atom sahəsində çalışanları təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, Putin Rusiyanın atom sənayesində təxminən yarım milyon insanın fəaliyyət göstərdiyini və bunun sahənin əsl gücünü göstərdiyini bildirib.

Dövlət başçısı vurğulayıb ki, Rusiya təhlükəsizliyi və suveren inkişafına görə atom sənayesinin veteranlarına borcludur. O, 2007-ci ildə yaradılan “Rosatom” dövlət korporasiyasının sahənin inkişafına böyük dinamika gətirdiyini qeyd edib.

Putin həmçinin bildirib ki, Rusiyada nüvə energetikası sahəsində yeni həllər hazırlanır, bu da sənayenin potensialını çoxsaylı artırmağa imkan verəcək. Dövlət başçısı əlavə edib ki, Rusiya atom sahəsində böyük məqsədlər qoymalı və bütün sivilizasiyanın inkişafına keyfiyyətli töhfə verməlidır. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
90
2
bakivaxti.az

10Mənbələr