AZ

Tramp: 4 trilyon dollar gəlir proqnozu tariflərin effektivliyini göstərir

BAKI, 23 avqust. TELEQRAF

Konqresin Büdcə İdarəsinin qiymətləndirmələri ticarət tariflərinin effektivliyini təsdiq edir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı bildirib.

"Radikal sol qurum elan etdi ki, Tramp haqlı idi. Tariflər defisiti 4 trilyon dollar azaldacaq", - Vaşinqton administrasiyasının rəhbəri qeyd olunan proqnozu şərh edərkən vurğulayıb.

Qeyd edək ki, ABŞ Konqresinin Büdcə İdarəsi tarif dərəcələri əvvəlki səviyyədə qalarsa, ölkədə büdcə defisitinin növbəti 10 il ərzində ümumilikdə 4 trilyon dollar azala biləcəyini açıqlayıb. ABŞ-nin dövlət borcu hazırda $37 trilyondan çoxdur.

Seçilən
30
teleqraf.com

1Mənbələr