AZ

Dünyada ilk qocalar evi İsraildə olub

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Hayfa Universitetinin arxeoloqları Qalileya dənizi yaxınlığında apardıqları qazıntılar zamanı yunan dilində "Yaşlılara dinclik" sözlərinin yazıldığı mozaika paneli aşkarlayıblar.

Oxu.Az "Israel National News"a istinadən xəbər verir ki, bu tapıntı İsraildə ilk qocalar evinin mövcud olduğunu sübut edə bilər.

Mozaika paneli binanın giriş hissəsində yerləşib. Alimlərin ehtimallarına görə, qocalar evi eramızın IV əsrinin sonu - V əsrin əvvəllərində fəaliyyət göstərib.

Mütəxəssislər bildirirlər ki, bu mozaika təxminən 1 600 il əvvəl belə müəssisələrin mövcudluğunun ilk maddi sübutudur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
44
1
oxu.az

2Mənbələr