BAKI, 23 avqust. TELEQRAF
Çinin Rusiya ilə sərhəddə yerləşən Suyfenhe şəhərində Çin-Rusiya logistika kompleksinin tikintisi həyata keçirilir.
Teleqraf xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Layihənin Rusiya və digər ölkələrlə ticarəti təşviq etmək məqsədi ilə həyata keçirildiyi bildirilir.
Sahəsi 23,7 min kvadrat metrə çatan obyektə 120 milyon yuan investisiya yatırılıb.
Quru limanın regional iqtisadiyyatın inkişafını stimullaşdıracağı və iki ölkə arasında ticarət dövriyyəsinin keyfiyyətini artıracağı gözlənilir. Limanın ərazisində müxtəlif məhsulların nümayişi və saxlanması, onların axınlarının yenidən paylanması üçün kompleks yerləşir. Burada həmçinin ofis binaları və mehmanxana sektoru fəaliyyət göstərir.