AZ

Elçin Riera və 7 futbolçuya sarı vərəqə göstərdi, "Çelye” uddu

Azərbaycanlı FİFA referisi Elçin Məsiyev Konfrans Liqasının pley-off matçını idarə edib.

Sportinfo.az xəbər verir ki, o, “Çelye” (Sloveniya) – “Banik” (Çexiya) oyununun baş hakimi olub.

Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi iləbaşa çatıb.

Məsiyev qonaq komandadan dörd, meydan sahiblərindən isə üç futbolçuya sarı vərəqə göstərib. O, "Çelye"nin baş məşqçisi Albert Rieraya da sarı vərəqə göstərib. İspaniyalı mütəxəssis texniki zona qaydasını pozduğuna görə bu cəzanı alıb.

Məsiyevə yan xətdə Elşad Abdullayev və Pərvin Talıbov kömək ediblər. Fərid Hacıyev dördüncü hakim, Rəşad Əhmədov isə VAR-assistent funksiyasını yerinə yetirib.

Seçilən
53
1
sportinfo.az

10Mənbələr