AZ

Sosial şəbəkədə vətəndaşları aldadan qadın saxlanılıb

Bakı. Trend:

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləritədbirlərlə vətəndaşları aldadaraq onlayn yolla onların maddivəsaitini ələ keçirən, əvvəllər də analoji əmələ görə dəfələrləməhkum edilmiş Nəzakət Məhərrəmova saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilibki, o, “Tiktok”dakı “qemgin_20” adlı saxta hesabında canlı yayımaçaraq şəhid ailələrinə, qazilərə, eləcə də aztəminatlı şəxslərəözünü humanitar yardım təşkilatlarından birinin nümayəndəsi kimitəqdim edib və əvvəlcədən 1000-2000 manat ödəniş etmələrimüqabilində zərərçəkmişlərə il ərzində maddi yardım göstərilməsinədair yalan vədlər verib.

Bu üsullarla N.Məhərrəmova bir neçə vətəndaşın pulunudələduzluqla ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davametdirilir.

N.Məhərrəmovanın analoji əməllərindən zərər görən şəxslər polisorqanlarına məlumat verə bilərlər.

Seçilən
30
49
az.trend.az

10Mənbələr