AZ

“TikTok”da növbəti fırıldaq: “Humanitar yardım təşkilatı” neçə-neçə adamı aldatdı

Oğuzda onlayn yolla vətəndaşları aldadıb onların pulunu ələ keçirən, əvvəllər də analoji əmələ görə dəfələrlə məhkum edilmiş Nəzakət Məhərrəmova saxlanılıb.

Demokrat.az DİN-ə istinadla xəbər verir ki, o, "Tiktok"dakı "qemgin_20" adlı saxta hesabında canlı yayım açaraq özünü şəhid ailələrinə, qazilərə, eləcə də aztəminatlı şəxslərə özünü humanitar yardım təşkilatlarından birinin nümayəndəsi kimi təqdim edib. sonra izləyicilərindən əvvəlcədən 1000-2000 manat ödəniş etmələri müqabilində zərərçəkmişlərə il ərzində maddi yardım göstərilməsinə dair yalan vədlər verib.

Bu üsullarla N.Məhərrəmova bir neçə vətəndaşın pulunu ələ keçirib. 

Seçilən
31
18
demokrat.az

5Mənbələr