ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Oğuzda onlayn yolla vətəndaşları aldadıb onların pulunu ələ keçirən, əvvəllər də analoji əmələ görə dəfələrlə məhkum edilmiş Nəzakət Məhərrəmova saxlanılıb.Demokrat.az DİN-ə istinadla xəbər verir ki, o, "Tiktok"dakı "qemgin_20" adlı saxta hesabında canlı yayım açaraq özünü şəhid ailələrinə, qazilərə, eləcə də aztəminatlı şəxslərə özünü humanitar yardım təşkilatlarından birinin nümayəndəsi kimi təqdim edib. sonra izləyicilərindən əvvəlcədən 1000-2000 manat ödəniş etmələri müqabilində zərərçəkmişlərə il ərzində maddi yardım göstərilməsinə dair yalan vədlər verib.Bu üsullarla N.Məhərrəmova bir neçə vətəndaşın pulunu ələ keçirib. Faktla bağlı cinayət işi başlanılıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.