AZ

Çində onlayn satışlarda insanları süni intellekt əvəzləyir

Çində onlayn ticarət sahəsində “virtual satıcılar” real insanları əvəzləməyə başlayıb.

AzPost bildirir ki, süni intellekt əsasında yaradılan bu avatarlar fasiləsiz yayımlar apararaq satışları artırmaqla yanaşı, xərcləri təxminən 80 faiz azaldır.

Wired yazır ki, İİ avatarlar yüksək effektivlik nümayiş etdirir və insanlardan fərqli olaraq yorulmadan işləyə bilirlər. Onların iştirakı ilə aparılan yayımlar artıq satış göstəricilərini nəzərəçarpacaq dərəcədə yüksəldib.

Bu tendensiya yalnız Asiya ilə məhdudlaşmır. ABŞ-da da süni intellektlə yaradılan “virtual influenserlər” sürətlə populyarlaşır. Onların hazırladığı videolar tez-tez viral olur və sosial şəbəkələr getdikcə daha çox AI-reklamlarla dolur.

Mütəxəssislərin proqnozlarına görə, yaxın illərdə sosial şəbəkələr demək olar ki, tamamilə süni intellekt tərəfindən yaradılan sonsuz kontent axınına çevrilə bilər. Belə vəziyyətdə əsas məqsəd məhsulların satışı olacaq, bu isə həm əmək bazarı, həm də onlayn məlumatların etibarlılığı ilə bağlı ciddi suallar doğurur.

AzPost.az

Seçilən
0
1
azpost.info

2Mənbələr