AZ

İsrail Hizbullahın silah anbarına hücum edib

BAKI, TurkicWorld, Nərmin Ağayeva

İsrail ordusu Livanda Hizbullahın silah anbarına hücum edib.

TurkicWorld xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubundakı Deyr Kifa şəhərində Hizbullaha məxsus silah anbarını hədəfə aldığını açıqlayıb. Ordunun bəyanatında silah anbarının mövcudluğunun İsrail və Livan arasında əldə edilmiş razılaşmaların pozulması olduğu vurğulanıb. “İD İsrail və vətəndaşlarına qarşı təhdidləri aradan qaldırmaq üçün səylərini davam etdirəcək”, – açıqlamada bildirilib.

Hücumdan sonra şəhərdə çaxnaşma yaşandığı, yayılan həvəskar kadrların panika anlarını əks etdirdiyi qeyd olunub. Livan mediası isə əməliyyatın iki yer-yer raketi ilə həyata keçirildiyini və ölənlərlə yaralıların olduğunu iddia edib.

Qeyd edək ki, İsrail və Hizbullah arasında son aylar qarşılıqlı hücumların intensivləşməsi bölgədə gərginliyin artmasına səbəb olub.

Seçilən
18
turkic.world

1Mənbələr