Son zamanlar saxta aptek saytlarının çoxalması onlayn dərman alan insanları böyük risklə üz-üzə qoyur.
AzPost bildirir ki, kiberfırıldaqçılar məşhur apteklərin klonlarını yaradaraq bahalı preparatları daha ucuz qiymətə təklif edir, nəticədə isə alıcı həm pulunu, həm də dərmanını itirir.
MİREA RTU-nun etibarlı süni intellekt laboratoriyasının müdiri Yuri Silaev onlayn dərman alarkən dörd təhlükəsizlik qaydasına əməl etməyi tövsiyə edib.
Birinci qayda – heç vaxt həkim resepti ilə satılan dərmanları internet üzərindən almamaqdır. Antibiotik, hormonal preparat və digər reseptli dərmanları həkim göstərişi olmadan təklif edən saytlar fırıldaqçılıq məqsədi daşıyır.
İkinci qayda – satıcını və saytın qanuni fəaliyyətini yoxlamaqdır. Bunun üçün müvafiq platformanın məsafədən ticarət üçün lisenziyası olub-olmadığını rəsmi səhiyyə qurumlarının saytından öyrənmək olar.
Üçüncü qayda – sosial şəbəkə reklamlarında və ya şübhəli linklərdə göstərilən təkliflərə inanmamaqdır. Belə linklər çox vaxt fırıldaq məqsədi daşıyır.
Dördüncü qayda isə ödənişi yalnız rəsmi sistemlər vasitəsilə etməkdir. Şübhəli keçidlər və ya birbaşa karta köçürmələr riskli hesab olunur.
Mütəxəssislər bildirirlər ki, onlayn dərman alışında diqqətli olmaq sağlamlıqla yanaşı, maliyyə təhlükəsizliyi baxımından da vacibdir.