Füzuli rayonunun Qayıdış qəsəbəsinin ərazisində əkin sahəsində yanğın hadisəsi törədən şəxs müəyyən olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan Hurriyyet.az-a bildirilib ki, araşdırmalarla yanğını 33 yaşlı Zaman Məhəmmədlinin törətdiyi məlum olub.
Hadisə nəticəsində 24 sot ərazidə quru ot yanıb.
Həmin şəxs polis əməkdaşarı tərəfindən saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.