AZ

“Ssenari yazmağın təməl qaydaları” kitabı ilk dəfə Azərbaycan dilində

Kulis.az dünyanın ən uzun 10 romanını təqdim edir.

"The Blah Story"

Nigel Tom tərəfindən yazılmış və təxminən 3 277 227 sözdən ibarət olan bu əsər, absurd üslubda "blah" sözünün təkrarı ilə doludur və dünya rekordunu qırır.

"Marienbad My Love"

Mark Liçin 10710 səhifəlik romanında təxminən 2,5 milyon söz var. Əsər film-estetik layihələr və dini motivlərlə zənginləşdirilib.

"Artamene ou le Grand Cyrus"

Madeleyn və Corc de Skuderinin bu romanı 2,1 milyon sözə malikdir və Fransız ədəbiyyatının ən uzun əsərlərindəndir.

"People of Good Will (Men of Good Will)"

Cul Romeyns tərəfindən yazılmış bu romanda təxminən 2 milyon söz yer alıb və 27 cilddən ibarətdir.

"Venmurasu"

Hind epopeyası "Mahabharata"nın Tamil dilində modern versiyası olan 26 cildli roman təxminən 22400 səhifəni əhatə edir. Bəzi mənbələrə görə, bu əsərin dəsöz sayı milyonlarla ölçülür.

"Clarissa Harloweor the History of a Young Lady"

Samuel Riçardsonun epistolyar romanı 984870 söz ilə ədəbiyyatın ən uzun romanlarından biri hesab olunur.

"My Struggle"

Karl Ove Knausqardın altı cildli avtobioqrafik romansı təxminən 1 milyon sözdən ibarətdir.

"Zettels Traum (Bottom’s Dream)"

Arno Şmidtin bu eksperimental romanında təxminən 1,1 milyon söz işlənib.

"Sironia, Texas"

Medison Kuperin müasir Amerika ədəbiyyatından seçilən bu roman təxminən 1,1 milyon sözə malikdir və ən uzun Amerika romanlarından biridir.

"İn Search of Lost Time"

Marsel Prustun dünya ədəbiyyatındakı ən tanınmış uzun romanı sayılır. Təxminən 1,2 milyon sözdən, yeddi cilddən ibarətdir.

Seçilən
10
kulis.az

1Mənbələr